Səbail rayon İcra Hakimiyyəti biabırçı məktuba aydınlıq gətirdi - FOTOFAKT

Səbail rayon İcra Hakimiyyəti biabırçı məktuba aydınlıq gətirdi - FOTOFAKT
12:15 02.03.2013
7899
Səbail rayon İcra Hakimiyyətinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara Novruz Bayramı ilə əlaqədar şəhid, məcburi köçkün və qaçqın ailələrinə yardım edilməsi ilə əlaqədar məktub göndərib. Gün.Az xəbər verir ki, məktub dərhal sosial şəbəkələrdə yayılıb. Prezident İlham Əliyevin icra hakimiyyəti rəhbərlərinə sahibkarları incitməmək və onları məcburi olaraq sosial yardımlara, abadlıq işlərinə cəlb etməmək xəbərdarlığı fonunda bu məktub, sosial şəbəkələrdə narazılıq yaradıb. Məsələyə aydınlıq gətirmək üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətində bildirdilər ki, deyilənlər heç də həqiqəti əks etdirmir. “Biz heç bir sahibkardan nə isə tələb etməmişik. Sadəcə olaraq sahibkarlara müraciət edərək Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan imkansız, qaçqın, aztəminatlı ailələrə, eləcə də yaşlı və tənha insanlara yardım etmələrini xahiş etmişik. Bu sosial şəbəkələrdə və bəzi KİV-lərdə yazıldığı kimi məcburi yox, könüllü humanitar bir aksiyadır. Yəni, kim istəyir bu aksiyada könüllü şəkildə iştirak edir, istəməyənlər isə etmir”-deyə, Səbail RİH-dən bildiriblər.
OXŞAR XƏBƏRLƏR