Səbaildə ara məsafəsi saxlanılmadan bina tikilir - Sakinlər narazıdır - VİDEO

Səbaildə ara məsafəsi saxlanılmadan bina tikilir - Sakinlər narazıdır - VİDEO
SOSİAL
22:56 21.08.2026
150
Şəhərin mərkəzində ara məsafəsi saxlanılmadan bina tikilir, nə çıxmağa həyətimiz, nə də avtomobili saxlamağa yerimiz var.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bu fikirləri Səbail rayonu, Bayıl qəsəbəsinin sakinləri iddia edirlər.

Söhbət Bayıl qəsəbəsi "SABAH Residence" yaşayış kompleksinə məxsus binanın yaxınlığında inşası başa çatmaq üzrə olan "Rahat Həyat" yaşayış kompleksindən gedir.

Sakinlər bildirirlər ki, yaşadıqları ünvanda bir-birindən hündür yaşayış kompleksləri inşa olunur, amma ara mısafəsi saxlanılmadığından mənzillərin pəncərəsi bəzən biri-birilərinin evinə açlır. Bu isə arzuolunmaz narahatlığa səbəb olur.

Sakinlərin iddialarına "Rahat Həyat" Mənzil Tikinti Korporativinin sədri Rauf Qasımov ayınlıq gətirddi: "Biz sözügedən ünvanda bir kompleks yaratmışıq. Bu artıq bizim dördüncü binadır. Bu kompleksin tikintisi üçün biz 2014-cü ildə aidiyyati dövlət orqanları  və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi sənədləri almışıq. Bir şeyi də diqqətinizə çatdırım ki, sözügedən bina iki sökülmüş binanın yerində inşa olunub. Yəni biz layihədən kənara çıxmamışıq, məsafə layihədə necədirsə, o formada qorunub saxlanıb".

Qeyd edək ki, tikinti ilə bağlı icazə sənədlərinin təqdim olunmasını istədik, amma göstərilmədi.

Səbail Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, çoxmənzilli yaşayış binalarında tikinti işlərinin aparılmasına icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də sorğu ünvanladıq. Növbəti həftənin ilk iş günündə məsələnin araşdırlacağı bildirildi.

OXŞAR XƏBƏRLƏR