Səbaildə Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Səbaildə Əlillər Günü münasibəti ilə tədbir keçirilib
SOSİAL
16:10 04.12.2018
2982
3 Dekabr Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti təşkilatçılığı və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin dəstəyi ilə rayondakı əlil uşaqlar, UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, həmçinin 219 saylı evdə məktəbdə təhsil alan əlil uşaqlar - ümumilikdə 200-dən çox əlil uşaq üçün Dənizkənarı Milli Parkdakı «Yaxt-klub»da müsiqili-əyləncəli tədbir keçirilib.

İH-dən AZXEBER.COM-a daxil olan xəbərə görə, tədbirdə qeyd olunmuşdur ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2952 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. Hazırda rayon Sosial Müdafiə 194 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 29 nəfər sosial işçi xidmət göstərir.

İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova əlil vətəndaşlara göstərilən diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışıb. Bildirib ki, əlill vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur.
 

 

 


OXŞAR XƏBƏRLƏR