"Səbail"dən Messi ilə bağlı paylaşım - FOTO

"Səbail"dən Messi ilə bağlı paylaşım - FOTO
İDMAN
16:16 26.08.2020
914

"Barselona”dan ayrılmağa qərar verən argentinalı futbolçu Lionel Messiyə Azərbaycandan "müştəri" çıxıb.

AzxeberSport-un məlumatına görə, nə qədər qəribə səslənsə də, "Səbail” argentinalıya öz formasını geyindirib. 

Paytaxt təmsilçisi bunu rəsmi feysbuk səhifəsi vasitəsilə bəyan edib. Bakılıların paylaşımı da bu fantastik arzudan xəbər verir. Bir çox əsas heyət futbolçusunu göndərən, maddi sıxıntılarla üzləşən "dənizçilər" sosial şəbəkə istifadəçiləri ilə zarafat edib.

Messiyə "Səbail” forması "geyindirən” klub bu sözləri qeyd edib: "Bizcə, Messiyə bu forma əla yaraşır. Bəs siz nə düşünürsünüz?”.

Qeyd edək ki, "Barselona” Messini 700 milyon avroya satmağa hazırdır. Futbolçu isə klubdan ayrılacağını rəsmi şəkildə bəyan edib. 


OXŞAR XƏBƏRLƏR