"Güclü rəqiblə matçda bir xal qazandıq".
Bunu "Səbail"in futbolçusu Pedro Nuno "Zirə" ilə heç-heçə (2:2) etdikləri Azərbaycan Premyer Liqasının XI turunun oyunu ilə bağlı şəxsi instaqram hesabında yazıb.
28 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini də bildirib: "Mən də vurduğum iki qola görə xoşbəxtəm".
Qeyd edək ki, Pedro Nuno "dənizçilər"in hər iki qolunun müəllifi olub. Portuqaliyalı oyunçu iyulun 5-də paytaxt təmsilçisinə keçib.