“Eurovision-2011” təmsilçimiz Səbinə Babayeva solo konsert verəcək.AZXEBER.COM xəbər verir ki, “When the Music Dies” adlı konsert sentyabrın 28-də paytaxtda yerləşən əyləncə məkanlarından birində olacaq.O, bu il üçün sayca üçüncü konsertini reallaşdıracaq.Konsertində müğənni “Röya kimi”, “Bizim məhləmiz”, “Sevgilim”, “When the Music Dies”, “Oceans away” və başqa mahnılarını ifa edəcək. Həmçinin Uitni Hyuston, Nina Simon, Areta Franklin və başqalarının repertuarından hit mahnıların kover-versiyalarını da təqdim edəcək.