Səbinə Əliyeva KİV-ə və sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Səbinə Əliyeva KİV-ə və sosial şəbəkə istifadəçilərinə müraciət etdi
SOSİAL
19:18 15.06.2020
653
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kütləvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:

"Məlum olduğu kimi, Azərbaycanda yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir. Ötən müddət ərzində xüsusi karantin rejimi dövründə həyata keçirilən təxirəsalınmaz tədbirlərin qanunauyğun nəticəsi kimi, yoluxma hallarının sayı minimuma endirilmiş, ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı isə yeni yoluxma hallarının sayını kəskin üstələmişdir. 

Amma xüsusi karantin rejiminin yumşaldılmasından sonra infeksiyaya yoluxma halları yenidən artmışdır ki, bunun da başlıca səbəbi bir çox insanın müəyyən olunmuş qaydalara, o cümlədən sosial məsafənin qorunması, tibbi maska kimi qoruyucu vasitələrdən istifadə edilməsi tələblərinə əməl etməməsi, eləcə də şəxsi gigiyena normalarının pozulmasıdır. 


Heç şübhəsiz, indiki şəraitdə pandemiya ilə mübarizənin effektivliyi vətəndaşların davranışından və məsuliyyətli yanaşmasından asılıdır. Eyni zamanda, kütləvi informasiya vasitələri bu istiqamətdə maarifləndirmə və təbliğat işini düzgün təşkil etməklə dövlətin pandemiya ilə mübarizəsinə ictimai dəstəyini davam etdirməlidir. Təəssüflə bildiririk ki, son zamanlar koronavirus pandemiyası ilə əlaqədar heç bir elmi əsası olmayan, konspiroloji nəzəriyyələrə əsaslanan məlumatlar KİV tərəfindən yoxlanılmadan, təhlil edilmədən tirajlanır. Bu isə ictimai rəyə neqativ təsir göstərərək insanlarda səhv fikir formalaşdırır, məsuliyyət hissini aşağı salır. Nəticə etibarilə, cəmiyyət üzvləri maska taxmaq, sosial məsafə saxlamaq, şəxsi gigiyena normalarına əməl etmək kimi sadə üsulladan istifadə etməkdən yayınırlar. 

Həm KİV nümayəndələrini, həm də sosial şəbəkə istifadəçilərini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, əsassız məlumatları yaymamağa çağırırıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"