Şəbnəm doğum günündə bu qədər pul yığıb - VİDEO

Şəbnəm doğum günündə bu qədər pul yığıb - VİDEO
MAQAZİN
10:38 12.01.2026
329
Müğənni Şəbnəm Tovuzlu təmtəraqlı doğum günü haqda danışıb.
 
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Rəngarəng" verilişində söz açıb.
 
Müğənni özəl günündə yığılan pulun miqdarını da açıqlayıb:
 
"Mən heç vaxt doğum günü qeyd etməmişəm. Bu ilk dəfə idi. Bu günə qədər də heç kimin xeyir işindən qalmamışam. Özüm gedə bilməməsəm də, işçimi, övladımı yerimə göndərmişəm. Ona görə də hörmət hörmətə bağlıdır. Mənim doğum günümdə 173 min manat pul yığılıb. Elə ailə dostum vardı ki, 10 min manat yazdırmışdı. Sənət dostlarımdan isə Tacir Şahmalıoğlu, Ədalət Şükürov, Könül Kərimova yüksək mələğ veriblər. Mənim öz xərcim isə 60 min manata yaxın olmuşdu".
 
Şəbnəm Tovuzlu eyni zamanda dəniz kənarında yerləşən kompleksdə 1 milyon manat dəyərində villa-bağ alaraq təmirə başladığını bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR