Şəbnəm Qəhrəmanova: "Şəbnəm Tapdıq məni də polisə vermişdi"

Şəbnəm Qəhrəmanova: "Şəbnəm Tapdıq məni də polisə vermişdi"
MAQAZİN
10:31 21.12.2023
170

"Adımı çox sevirəm, dəyişmək fikrim də yoxdur. Şəbnəm Tapdığı ciddiyə almıram.”

AZXEBER.COM xəbər verir ki, bu sözləri ATV-də yayımlanan "El canlı” verilişinə qonaq olan Şəbnəm Qəhrəmanova Şəbnəm Tapdığa cavab olaraq söyləyib.

Qəhramanova Şəbnəm Tapdığın onu bir neçə il öncə polisə şikayət etdiyini deyib:

"Bir neçə il öncə çox böyük problemlər yaşamışıq onunla. Məni polisə vermişdi. Mənə təkidlə basqı edirdi ki, adımı Şəbnurşən, Şəbnur qoyum. Axı niyə? Adımı anam qoyub, ta uşaqlıqdan. Niyə dəyişməliyəm? Məni polisə verəndə ədavəti mənimlə idi, onda Şəbnəm Tovuzluya heçnə demirdi. İndi mənimlə işi yoxdur, onu polisə verib. Yəni Şəbnəm Tapdığı ciddiyə almağa dəyməz. Onsuzda qanunlarımız hər şeyi yaxşı bilir. Elə ona görə də Tapdığın iddiası qeyri ciddi qəbul olunub”.

Xatırladaq ki, daha öncə ad qalmaqalı ilə bağlı AZXEBER.COM redaksiyasına açıqlama verən Şəbnəm Tapdıq, Şəbnəm Qəhrəmanova ilə arasında problemin olmadığını bildirmişdi.

 

Aysel

OXŞAR XƏBƏRLƏR