"Zamanında ailə, həyat yoldaşı, övlad mövzusu ilə məni o qədər vurdular ki, qızım mənə qadağa qoydu”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Şəbnəm Tovuzlu "Rəngarəng səhər” verilişində deyib.
Müğənni, son zamanlarda ailəsi haqda açıqlamalar etməkdən uzaq durduğunu bildirib:
"Mənim qızımın ümumiyyətlə mənə qadağası var. Deyir danışma məndən. Onsuzda məni heç kim görmür, tanımır ki? Sən də məndən danışma deyir. Mən də razılşmışam, bu da onun qərarıdır. Fikir versəniz görərsiniz ki, son zamanlarda mən heç bir ailə söhbətlərimdən də daha danışmıram. Əvvəl məni mətbuat çox sıxırdı, məcbur olub danışırdım, indi isə hamısı dostlarımdır”.
Aysel