Şəbnəm Tovuzlu Vəfaya cavab verdi: Ay yetim, başını aşağı sal, işini gör...

Şəbnəm Tovuzlu Vəfaya cavab verdi: Ay yetim, başını aşağı sal, işini gör...
MAQAZİN
20:57 07.06.2018
8622

Müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasındakı qalmaqal daha da alovlanıb.

AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, Vəfa Şərifova 5/5" verilişinə qonaq olan zaman verilişin aparıcısı Şəbnəm ilə xanım müğənni arasında yaşananlara toxunub.

Vəfa aparıcının "Vəfa, Şəbnəmlə dərdin nədir" sualına bu cür cavab verib: "O, bəzi adamların yanında mənim arxam ilə danışıb. Mənə zəng vurdu, yetim dedi. Mən adımı qorumuşam. Mənə o sözü deməməli idi".

 

Verilişə zəng edən Şəbnəm Tovuzlu məsələyə aydınlıq gətirib. Bu gün isə müğənni mətbuata açıq məktub ünvanlayıb: "Vəfaya kimsə deyib ki, Şəbnəmin adını çək, qalmaqal yarat, gündəmə gəl. Ona görə də efirdə haqqımda tərbiyəsiz ifadələr işlətdi. Mən də onun bu tərbiyəsizliyinin cavabını, efir vasitəsi ilə yox, zəng edib özünə dedim. Dedim ki, ay yetim, bu günə kimi sənə çox dəstəyim olub. Başını sal işini gör. Mənim adımla gündəm yaratmağa çalışma. Və susub bu məsələni bağladım. Vəfa yenidən efirə çıxıb göz yaşı tökərək deyir ki, Şəbnəm mənə "yetim" dedi. Veriliş efirə getdikdən sonra həmin hissəni kəsib, xəbər saytlarına göndərib ki, videonu paylaşsınlar. Nə olsun, mən də yetiməm yenə də deyirəm, ay yetim, başını aşağı sal işinlə məşğul ol. Mənim adımla gündəm yaratmağa, PR olmağa çalışma və bir də adımı çəkmə. Bu açıqlamamla bu söhbətə nöqtə qoyuram".

OXŞAR XƏBƏRLƏR