Xəzər televiziyasında yayımlanan "Xəzər axşamı" verilişində hər kəsi təəccübləndirən hadisə yaşanıb.
AZXEBER.COM xəbər verir ki, Şəbnəm Tovuzlunun fanatı onun atasına maşın hədiyyə edib.
Telefonla canlı yayıma bağlanan xanım deyib:
"Mən Şəbnəmi çox sevirəm. Bu gün də istədim ki, 2 yaşından bu günə kimi Şəbnəmin əziyyətini çəkən o ataya belə bir hədiyyə edim. Sağlıqla sürsün".
Şəbnəm hədiyyə qarşısında təəccübünü gizlədə bilməyib.
"Mən atama bir neçə dənə belə maşın ala bilərdim. Amma bunun hədiyyə olması, bunu düşünmək çox dəyərlidir"- deyə bildirib.
Aysel