Şəbnəmlə Nigarın söz savaşı yenidən alovlandı

Şəbnəmlə Nigarın söz savaşı yenidən alovlandı
MAQAZİN
18:18 18.02.2026
345
"Avroviziya 2011" qalibi Nigar Camal müğənni Şəbnəm Tovuzluya yenə söz atıb.

AZXEBER.COM xəbər verir ki, sənətçilərin mübahisəsi illər sonra yenidən gündəmə gəlib.

Şəbnəm Nigarın onu lağa qoyduğu videoya şərh yazaraq bunları deyib:

"Ay Nigar, bir özün öyrən sonra. Bəlkə, Kürdəmirdir? Gündəmdən düşən kimi mənə söz atırsan. Verilişə də çağrılanda mənimlə maraqlı olur ancaq sənə. Gör sənə nə qədər piar verirəm".

Qeyd edək ki, Nigar Şəbnəmin illər əvvəl dediyi "Amerika Avropanın paytaxtıdır" sözlərini ələ salıb. Amma ifaçı özü də proqram zamanı "43 Avropa dövləti var" deyərək səhv edib.
OXŞAR XƏBƏRLƏR