Seçki prosesi Azərbaycanda seçkinin Avropa standartlarına uyğun keçiriləcəyini sübut edir

SİYASƏT
18:10 10.09.2013
1572

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatları və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya hesabatında Azərbaycan əleyhinə olan qərəzli məqamlara cavab olacaq material hazırlayıb.

AZXEBER.COM xəbər verir ki, “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” adlı hesabat bu gün təşkilatın saytında yayımlanıb.Hesabatda deyilir ki, 9 oktyabr 2013-cü ildə 4,9 milyon azərbaycanlı seçici öz prezidentlərini seçmək və qədim, lakin bu yaxında müstəqil olmuş dövlətlərinin gələcək istiqamətini müəyyənləşdirmək üçün səsverməyə gedəcək.Namizədlər arasında Yeni Azərbaycan Partiyası, Azadlıq Partiyası, Liberal Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Sosial-Demokrat Partiyası, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, eləcə də müstəqil namizədlər var.Rəsmi kampaniyaya sentyabrın 16-sı start veriləcək, bu isə digər namizədlərə sentyabrın 9-a kimi qeydiyyatdan keçmək imkanı verir.Hesabatda deyilir ki, aylardan bəri Azərbaycan hökuməti azad, ədalətli, şəffaf və obyektiv seçkilərin təşkilinə olan öhdəliyini dəfələrlə təkrar edib. Bu müstəvidə ölkə hüquqi çərçivəsini təkmilləşdirib və beynəlxalq təşkilatlarla yaxın əməkdaşlığa verdiyi əhəmiyyəti vurğulayıb.Bütövlükdə seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir.Qeyd etmək lazımdır ki, bir sıra beynəlxalq müşahidəçilər seçkiqabağı müddətdə müsbət qeydlər bildiriblər, belə ki, MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev artıq ötən prezident seçkiləri zamanı seçicilərin yüksək fəallığını deyib: “Sözün açığı, seçki hazırlıqları ilə bağlı hər hansı mənfi fikirlər eşitməmişəm”, - deyə o, bu il bildirib. Avropa Şurasının Ukraynalı üzvü İvan Popesku “Azərbaycanda olduqca yaxşı təşkil edilmiş prezident seçkilərini” tərifləyib.Həmin təriflərə baxmayaraq, təəccübümüzü ifadə etmək legitim olar ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) ölkəni qeyri-müvafiq olaraq, avtoritar rejim kimi təqdim edərək, ötən iyirmi ildə Azərbaycan demokratiyasının əldə etdiyi bütün nailiyyətləri təkzib etməklə, mənfi düşünülmüş hesabat dərc etmək qərarı verib.Eyni zamanda o fakt da təəccüblüdür ki, ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç assambleyası Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilərini göndərməyəcəyini elan edib və rəsmi səbəb kimi seçkilərin tarixinin oktyabrın 13-15-i Monteneqronun paytaxtı Budvada Assambleyanın payız iclasına hazırlığın son mərhələsi ilə üst-üstə düşdüyünü göstərib.Hazırki hesabatda göstərəcəyimiz kimi, ATƏT-in bu tənqidi qiymətləndirmələri reallığa uyğun gəlmir. Azərbaycandakı vəziyyətin və ATƏT-in qarşılaşdığı yeni məsələlərin qısa təhlilindən sonra Azərbaycan demokratiyasına alternativ baxış təqdim edəcək və ATƏT hesabatının müəllifləri tərəfindən qaldırılmış əsas məsələlərə cavab verməyə çalışacağıq.Beləliklə, Azərbaycanın öz demokratik prosesini möhkəmləndirmək məqsədilə xaricdən dərs götürməyə ehtiyacı olmadığını nümayiş etdirəcəyik.Hesabatda deyilir ki, qərəzsiz müşahidəçilər Azərbaycan hakimiyyətinin ATƏT tövsiyələrini yerinə yetirməyə hazır olmasını şübhə altına ala bilməz.ATƏT-in seçki müşahidə missiyası 2008-ci il prezident seçkiləri ilə bağlı 27 tövsiyə verib və onlardan 19-u artıq icra edilib və ya faktiki olaraq artıq tətbiq olunub.Suveren Azərbaycan Respublikası tərəfindən guya icra edilmədiyi iddia edilən 9 tövsiyədən mətbuat azadlığı və mediaya çıxışın asanlaşdırılmasına dair 3 tövsiyə Azərbaycan reallığı ilə bağlı məlumatsızlığı göstərir. Qəzet açmaq çox asandır. Yeganə hüquqi tələb adının qeydiyyata alınmasıdır. Azadlıq, Müsavat və digərləri kimi müxtəlif radikal və hökumətə qarşı olan qəzetlər fəaliyyət göstərir. Bundan başqa, elektron media tamamilə azaddır və adətən höküməyə qarşı kəskindir.Təəccüblüdür ki, ATƏT-in hesabatı Azərbaycanda mətbuat azadlığı məsələsini az inkişaf etmiş ölkə baxımından nəzərdən keçirir. KİV-lərin keyfiyyətinin Avropa İttifaqındakı kimi ən yaxşı yeni informasiya texnologiyaları ilə təmin edildiyini bilavasitə görmək imkanımız oldu.Sənəddə deyilir ki, 40-dan çox siyasi partiya mövcud hökumətə müxalifət mövqeyində dayanır. 11 partiya, o cümlədən 8 müxalifət partiyası Milli Məclisdə 84 deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 deputat yerinə malikdir.Milli İstiqlal Partiyası, Kommunist Partiyası, Müsavat Partiyası, Müasir Müsavat Partiyası, Demokrat Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası kimi bir sıra müxalifət partiyaları fəaliyyət göstərir. Həmin partiyalar yerli hökumət səviyyəsində seçilmişlər və hazırda bələdiyyələrdə təmsil olunurlar. Hesabatda vurğulanır ki, qanun seçicilərin və namizədlərin hüquqlarını geniş şəkildə müdafiə edir. Aydındır ki, bəzi dəqiq problemlərin, xüsusilə, ucqar dağ rayonlarında səsvermə əməliyyatlarının lazımi qaydada həyata keçirilməsinə zərər verə biləcəyi iddia edilə bilər. Buna baxmayaraq, bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan torpağının böyük hissəsinin öz erməni qonşusu tərəfindən işğal edildiyi səbəbindən müharibə şəraitində olan gənc demokratik dövlətdir. Bu amilləri nəzərə alaraq, demokratiya və insan hüquqlarının təşviqinə həsr edilmiş beynəlxalq təşkilatın yalnızca 20 ildə əldə edilən irəliləyişləri daha məmnuniyyətlə qarşılaması gözlənilən olardı.Həqiqətən də söyləmək lazımdır ki, geniş şəkildə demokratik dövlətlər kimi tanınan bir sıra ölkələrdə səsvermə əməliyyatları qüsursuz deyil.Hökümət, və hər kəsdən öncə Prezident İlham Əliyev müharibə şəratində olan inkişaf etməmiş bir keçmiş sovet respublikasını müasir bir dövlətə çevirə bilmə etimadını qazanmışdır. Prezidentin tərəfdaşları da həmçinin dövlət məsələlərini idarə etmə sahəsində səriştəsinə görə ona minnətdardırlar, bu “Azərbaycana sabitlik, tərəqqi və artmaqda olan çiçəklənmə gətirmişdir, halbuki digər keçmiş sovet respublikaları hələ də siyasi qarışıqlıq və iqtisadi tərəddüdə məruz qalmışlar”.Bundan əlavə, qeyd etmək lazımdır ki, dünyada bir çox demokratik ölkələr dövlət başçısının və ya hökümət başçısının yenilənmə müddətinin sayına məhdudiyyət qoymurlar. Misal üçün Böyük Britaniyaya nəzər saldıqda, Baş Nazir Marqaret Teçer və Toni Bleyerin ardıcıl olaraq üç seçkidə qalib gəldiyini görə bilərik. Almaniyada isə Kansler Angela Merkel hazırda üçüncü müddət üzrə öz vəzifəsinə namizədlik irəli sürür və keçmiş Kansler Helmut Kohl 16 il hakimiyyətdə qalmışdır. Saylar və ya nümunələr həqiqətən də iki dəfədən daha çox ardıcıl müddətdən istifadə etmiş siyasi liderlərin çoxluğunu göstərir.Sənəddə Azərbaycan və Ermənistana yanaşmada ikili standart məsəsləsi də vurğulanır: “.ATƏT-in hesabatında bildirdiyi və bizim vurğuladığımız bu iki məqam Azərbaycan Respublikası və Ermənistan Respublikasında vəziyyəti izah etməyə gəldikdə ikili standartların göstəricisidir. ATƏT ekspertlərinin Ermənistanda tam məmnun şəxslər tapdığı halda Azərbaycanda seçki sisteminə qarşı yalnız qəzəbli mövqe bildirən şəxsləri ilə rastlaşmasına inanmaq qeyri-mümkündür”.Qeyd edilir ki, Azərbaycanı Belarusa (EuFoA, 2011) və ya Əfqanıstan Talibanına (EAFJD, 2009) bənzədib təcavüzkar avtoritar rejim kimi təsvir etmək Azərbaycana qarşı hücum etmək deməkdir.Sənəddə vurğulanır ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bir istisnadır və hətta bu bölgədə bir sira ölkələr və hökümətlərin model kimi istifadə edə biləcəyi düzgün idarəçilik nümunəsidir.Materialla ətraflı bu linkdə tanış olmaq mümkündür.https://www.esisc.org/upload/publications/analyses/the-republic-of-azerbaijan-a-model-of-good-governance/Analysis%20-%20The%20Republic%20of%20Azerbaijan%20A%20model%20of%20good%20governance.pdf

OXŞAR XƏBƏRLƏR