‘Seçkidə ədalətlilik prinsipi pozuldu’ – Qubad İbadoğlunun ‘Müsavat’a ittihamı

‘Seçkidə ədalətlilik prinsipi pozuldu’ – Qubad İbadoğlunun ‘Müsavat’a ittihamı
SİYASƏT
00:59 29.09.2014
1300

“Mən və tərəfdarlarım Müsavatda heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyilik. İndi burada başlarını aşağı salıb oturublar, amma rayon təşkilatlarının sədrləri bilir ki, kimlər zəng vurub deyirdilər ki, İsa Qəmbər filan namizədi dəstəkləyir, siz də ona dəstək olun. Təəssüf ki, mən bu insanları tanımamışam, seçki prosesi mənə bu adamları tanıtdı. Seçkinin azad və şəffaf olmasına heç bir şübhəm yoxdur, amma seçkidə ədalətlilik prinsipi pozulub. Bütün bunlara baxmayaraq, mən bu hadisəni Cəmil Ünala görə bağışlayıram. Çünki biz bu yola çıxmışıqsa, bu yoldan dönməyəcəyik”. 

AZXEBER.COM APA-ya istinadən məlumatına görə, bunu Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyanın iclasında çıxış edərkən deyib. 

O bildirib ki, hazırda Müsavatda dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, partiyanın qurultay ərəfəsində bəzi ədalətsizliklərə yol verilib: “Biz növbəti dönəmdə partiyanın yeni seçilmiş rəhbərliyinə baxacağıq ki, görək, onlar Müsavatı hara aparır? Buna uyğun qərarımızı verəcəyik. Müsavat qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay nümayəndələrinin siyahısına daxil edilməyib. Çünki onların mövqeyi məlum idi”. 

Bundan sonra zalda səs-küy yaranıb. Arif Hacılının tərəfdarları Qubad İbadoğlunun çıxışına etiraz ediblər. Müsavatın sabiq başqanı İsa Qəmbər isə qurultay nümayəndələrini sakitləşdirməyə çalışıb. 

Q. İbadoğlu isə yeni başqan Arif Hacılını nəzərdə tutaraq: “Öz komandanız var və mən sizə uğurlar arzu edirəm” – deyə çıxışını yekunlaşdırıb. 

Müsavatın sabiq başqanı İsa Qəmbər isə Q. İbadoğlunun bəzi ittihamlarına cavab verib: “Əgər şəffaf və demokratik seçki keçirilirsə, burada narazılığın olması təbiidir. Əslində, bilmədiyiniz məqamlar çoxdur. Hər bir məqamın ayrıca izahatı var. Vurğun Əyyub qurultay nümayəndəliyi seçilən ərəfədə Azərbaycanda olmayıb. Vurğun Əyyub Türkiyəyə getməzdən əvvəl də mənimlə görüşüb, Divan üzvlüyündən istefa verməyə məcbur olduğunu dedi. Ancaq mən bunun qarşısını aldım və bildirdim ki, Azərbaycana qayıdandan sonra istənilən vaxt fəal siyasətlə məşğul ola bilər. Buna görə istefa verməsinə zərurət yoxdur. O da mənim fikrimlə razılaşdı”. 

İ. Qəmbər qeyd edib ki, əvvəlcədən kimi başqan görmək istədiyini açıqlamayıb: “Əgər mövqeyimi əvvəlcədən açıqlasaydım, səs fərqi bu qədər az olmazdı”.

Müsavatın yeni başqanı A. Hacılı isə deyilənlərə cavab vermək istəmədiyini, hər kəslə işləməyə hazır olduğunu deyib: “Mən bütün hallarda kiməsə get yox, gəl demişəm”. 

Xatırladaq ki, dünən Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə qalib olaraq, partiyanın başqanı seçilib. Q. İbadoğlu 200 səslə ikinci olub.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb