Seçkiləri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞPA müşahidə missiyalarının izləyəcəyi gözlənilir
Azərbaycan beynəlxalq təşkilatları prezident seçkilərini müşahidə etmək üçün ölkəyə dəvət edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Seçkiləri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞPA müşahidə missiyalarının izləyəcəyi gözlənilir.