Seçkilərin ilkin nəticələrinin elan olunacağı vaxt açıqlandı

Seçkilərin ilkin nəticələrinin elan olunacağı vaxt açıqlandı
SİYASƏT
15:14 06.02.2024
218
Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimailəşdiriləcək. Bu isə yenə də ilkin nəticə sayılacaq.

AZXEBER.COM-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

"Yekunda isə Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bu qərar qətidir. Bundan sonra seçilən şəxs andiçmə keçirə biləcək", - o qeyd edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
OXŞAR XƏBƏRLƏR