'Sector 11' AFFA-nı biabır etdi: 'Onlara Cennifer Lopez lazımdır, Azərbaycanı dəstəkləyənlər yox'

İDMAN
12:04 22.09.2012
2290
Sector 11 olaraq Azərbaycanda keçirilən Qadınlararası U17 Dünya çempionatının açılış oyununa getməyəcəyik. Səbəb AFFA-nın Sector 11-ə qarşı növbəti hörmətsizliyidir. AFFA əvvəl bizə söz verdiyi kimi 200 bilet ayırmalı idi. Amma bu belə olmadı. Halbuki biz günlərdir üzvlərimizi oyuna getməyi üçün qeydiyyat aparırdıq. Bu gün belə məlum olduki AFFA bizə 130 bilet ayırıb. Belə olan təqdirdə biz üzvlərimiz arasında seçim etməliydik. Amma biz heç kimi bir-birindən ayıra bilmərik. Tribunada ya hamımız bir yerdə olacağıq, ya da heç birimiz olmayacağıq. Bundan əlavə 130 bilet də eyni sektorda deyil. Biletlər müxtəlif sektorlara idi. Belə olan halda dəstək vermək də mümkünsüzdü.AFFA-nın bizə ayırdığı biletlərdən imtina etdik. Yəqin onlara C.Lopezin konsertinə gələnlər lazımdı, Azərbaycanı dəstəkləyənlər yox.”

OXŞAR XƏBƏRLƏR