Sedanın etirafları gündəm oldu: Küçədə su satırdım

Sedanın etirafları gündəm oldu: Küçədə su satırdım
MAQAZİN
10:40 25.04.2025
164
Türkiyə şou-biznesinin əsas simalarından biri olan müğənni Seda Sayanın həyatı ilə bağlı verdiyi açıqlamalar gündəm olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaq olduğu verilişdə çətin uşaqlıq dövrü yaşadığını deyən Sayan kiçik yaşlarından işləməyə məcbur qaldığını bildirib.
 
"Mən bu yerlərə küçələrdən gəlmişəm. İbtidai sinifdə oxuduğum yaşlarımdan bəri işləyirəm. Küçələrdə su satırdım, bazarda atama kömək edirdim. Çox əziyyətlər görmüşəm. Ona görə də əziyyətimi və haqqımı heç kimin tapdalamağına icazə vermərəm. Mən, özü-özünü başdan yatratmış qadınam" deyə Seda sayan açıqlamasında bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR