AZXEBER.COM xəbər verir ki, Sədaqət Əhmədova 500-dək şeirin müəllifidir. Onun şeir və məqalələri dəfələrlə mətbuatda dərc olunub.
Vətən müharibəsində ən çox səslənən musiqilərdən olan "Azərbaycan" (Torpağına canım qurban, Azərbaycan) mahnısının sözləri S.Əhmədovaya məxsusdur.
Rus ədəbiyyatının ən gözəl nümunələrindən olan "Allah olmaq çətindir" əsəri, xalq yazıçısı Çingiz Abdullayevin 10-dan artıq kitabı, Qaraqanın "Art və Xaos" romanı, gənc yazıçı E.Səfərlinin, tədqiqatçı alim C.Həsənzadənin, dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun əsərləri onun tərcüməsində nəşr olunub.
"Könüllərin sultanı" S.Əhmədovanın ilk kitabıdır. Kitaba vətənpərvərlik şeirləri ilə yanaşı dünya, həyat, insan münasibətləri haqqında düşüncələri əks etdirən və sevgini tərənnüm edən şeirlər daxildir.
Kitabın təqdimatı oktyabrın 19-da, saat 16.00-da, metronun Elmlər Akademiyası stansiyası yaxınlığındakı "Libraff" kitab mağazasında keçiriləcək.
