Pandemiya səbəbindən fəaliyyətini müvəqqəti dayandıran iri ticarət mərkəzləri yaxın günlərdə fəaliyyətini bərpa edə bilər.
Hətta, Sədərək ticarət mərkəzində, artıq, təmir-bərpa işlərinə də başlanılıb. Lakin, mağazalar açılsa belə ticarət mərkəzlərində ümumi karantin qaydalarına əməl edilməsinə aidiyyatı qurumlar tərəfindən nəzarət olunacağı da gözləniləndi. Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimin sözlərinə görə, koronavirusa yoluxanların sayında son zamanlar azalma müşahidə olunması iri ticarət mərkəzlərinin açılacağına səbəb ola bilər: "Bildiyiniz kimi ölkəmizdə koronavirsla əlaqədar iri ticarət mərkəzləri bağlanıb.
Lakin son vaxtlarda virusa yoluxanların sayında azalma müşahidə olunması səbəbindən ticarət mərkəzləri açıla bilər o cümlədən də STM. Hamımızın gözlədiyi bir haldı ki, mağazalar tezliklə açılsın. Çünki burda onminlərlə dükan və 30-40 minə qədər iş yeri var. Amma yenə də hər şey Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərərgahın qərarından asılıdı.” – deyə Kəmaləddin Qədim əlavə edib.
Avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır, Hansı xidmət sahələrinə işləmək icazəsi veriləcəyi isə hələlik açıqlanmır.
BAKU TV-nin mövzu ilə bağlı reportajını təqdim edirik: