"Sədərək" Ticarət Mərkəzində yanğın
Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, "Sədərək" Ticarət Mərkəzində güclü yanğın başlayıb. Yanğın oyuncaq mağazasının anbarında baş verib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Araşdırma aparılır.
Günel Hüseynli