Səfər Əbiyev AFFA əməkdaşlarına mükafat verdi - FOTO

İDMAN
10:15 30.07.2013
4499

Təltif edilənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var.

İyunun 30-dan 16-dək Bakıda Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turniri keçirilib.

AZXEBER.COM AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası müdafiə naziri, general-polkovnik Səfər Əbiyev turnirin yüksək səviyyədə təşkil olunması və keçirilməsini təmin etdiyi üçün AFFA-nın baş katibi Elxan Məmmədovu, baş katibin müavini Sərxan Hacıyevi və İnfrastruktur və İT üzrə direktor Elnur Məmmədovu Fəxri Fərmanla təltif edib.

OXŞAR XƏBƏRLƏR