Səfər Əbiyev Moskvaya getdi

SİYASƏT
12:09 22.05.2013
1667

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev “Avropada təhlükəsizliyin hərbi-siyasi aspektləri” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün bu gün Moskvaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COMverilən məlumata görə, Avropa dövlətləri müdafiə nazirlərinin dəvət edildiyi konfrans çərçivəsində Azərbaycanın müdafiə nazirinin bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşü nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR