Səfər Mehdiyev: "Azərbaycan yeni gömrük-buraxılış məntəqələri açacaq"

Səfər Mehdiyev: "Azərbaycan yeni gömrük-buraxılış məntəqələri açacaq"
SOSİAL
17:15 29.01.2019
6627
Azərbaycanda qonşu ölkələrlə sərhəddə yeni gömrük-buraxılış məntəqələrinin açılmasını nəzərdə tutan innovativ layihə hazırlanır.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, layihənin əsas məqsədi malların ixracı ilə bağlı məsələlərdə sahibkarlığın inkişafına dəstək göstərməkdir.
OXŞAR XƏBƏRLƏR