Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyev də təltif edilib. Belə ki, dövlət başçısının qərarı ilə Səfər Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, bu gün Dövlət Gömrük Komitəsinin yaradılmasından 28 il ötür.