Xəbər verdiyimiz kimi, tanınmış vəkil Şəfiqə Nağıyeva qəza keçirib.
Ötən gün axşam məclislərdən birindən çıxan vəkil yolu keçmək istəyərkən onu avtomobil vurub.
AZXEBER.COM xəbər verir ki, xəstəxanadan çıxan vəkil Tarix Əliyevin "Ümid ilə gəl" verilişində qonaq olub.
O, yerləşdirildiyi xəstəxananın rəhbərliyinə, verilişin əməkdaşlarına, həmçinin polislərə təşəkkür edib.
Şəfiqə Nağıyeva həmçinin onu vuran sürücü haqqında da danışaraq bildirib ki, həmin sürücünün xəstə anası var deyə ondan şikayətçi olmayacaq.
Daha ətraflı videosüjetdə:
Mikayıl