Səfir: “Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur”

Səfir: “Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur”
SİYASƏT
18:07 19.06.2021
602
"Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikilməsi ilə bağlı protokol imzalayıb. Yeni körpünün tikilməsi ilə bağlı razılaşmanın icrası davam etdirilir”.

Bunu "Report”a açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, Astaraçay üzərində körpü müştərək şəkildə tikiləcək və dəyəri 4,7 milyon avro olacaq.

"İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin Azərbaycana səfəri çərçivəsində protokol imzalanıb. Tərəflər arasındakı razılığa əsasən körpü bir il ərzində tikilməlidir. Bu körpü Şimal-Cənub nəqliyyat dəhlizində İranla Azərbaycanın yol infrastrukturunu birləşdirən ən mühüm nöqtədir. Hazırda Astaraçay üzərində dəmir körpü var. Həmin körpü ikinci dünya müharibəsi dövründə tikilib. Bu körpü iki ölkə arasında yük mübadiləsi və tranziti üçün yetərli deyil. İranla Azərbaycan arasında ticarət dövriyyəsi getdikcə artır. Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycanla İran böyük rol oynayır. Bu baxımdan yeni bir körpünün tikilməsinə ehtiyac var”, deyə səfir bildirib.

Onun sözlərinə görə, əsas məqsəd iki ölkə arasında nəqliyyat infrastrukturunun bir neçə növündən, o cümlədən dəmiryolu, avtomobil yolu və dəniz nəqliyyatından daha yüksək səviyyədə istifadə edilməsidir.

"İranda prezident seçkilərindən əvvəl istədik ki, Həsən Ruhaninin dövründə olan iqtisadi fəaliyyəti yekunlaşdıraq və hansı nəticələrin əldə edilməsi ilə bağlı yekun nəticəyə gələk. Bununla bağlı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfərə getdi. Tehranda bir sıra rəsmi görüşlər keçirilib. Daha sonra isə İranın üç naziri Azərbaycana səfərə gəldi”, - səfir xatırladıb.

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 % artaraq 164 milyon 429 min ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 % azalaraq 8 milyon 404 min ABŞ dolları, İrandan Azərbaycana idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 % artaraq 155 milyon 891 min ABŞ dolları təşkil edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
07:50 10.10.2026
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
06:33 10.10.2026
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
06:16 10.10.2026
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
06:00 10.10.2026
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
05:26 10.10.2026
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
05:12 10.10.2026
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
05:00 10.10.2026
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
04:48 10.10.2026
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq