Səfir “bu gecə” dedi, Tramp isə “xəbərim yoxdur” söyləyir...

Səfir “bu gecə” dedi, Tramp isə “xəbərim yoxdur” söyləyir...
DÜNYA
00:23 24.10.2026
130
ABŞ Prezidenti Donald Tramp yaxın istirahət günlərində İrana oluna biləcək ehtimal olunan hərbi zərbələr barədə heç bir məlumata malik olmadığını bildirib.

"Clash Report” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistin ABŞ-nin Türkiyədəki səfirinin açıqlaması ilə bağlı sualını cavablandırarkən deyib.

Jurnalist Trampa bildirib ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak İsrail hərbi radiosuna müsahibəsində İrana zərbə endirilməsinin "bu gecə” və ya "bu həftəsonu” tamamilə mümkün olduğunu bəyan edib.

ABŞ prezidenti isə səfirin bu çıxışına sarkazmla cavab verib:

"Güman ki, o, çox təsirli və nüfuzlu adamdır... Amma mənim bundan heç bir xəbərim yoxdur”.

Məlumat üçün bildirək ki, bundan əvvəl "The Wall Street Journal” (WSJ) nəşri mənbələrə istinadən ABŞ Silahlı Qüvvələrinin İrana qarşı mümkün hücum ssenariləri və variantları hazırladığını yazmışdı. Nəşrin məlumatına görə, artıq Yaxın Şərqdə ABŞ-yə məxsus iki təyyarədaşıyan zərbə qrupu yerləşdirilib, üçüncüsü isə Sakit okeandan bölgəyə doğru hərəkət edir.

Bununla yanaşı, Vaşinqton dəniz piyadalarını daşıyan daha bir desant gəmisini regiona göndərib və risk zonasında yerləşən bazalardakı şəxsi heyətin bir hissəsini təhlükəsiz yerlərə təxliyə edib.

///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR