Səfir: “Niderland şirkətlərinin Orta Dəhlizə maraqları artır”

Səfir: “Niderland şirkətlərinin Orta Dəhlizə maraqları artır”
SİYASƏT
19:19 14.05.2025
672
Niderland şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM və ya Orta Dəhliz) maraqları artır.

Bunu açıqlamasında Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema bildirib.

Səfir qeyd edib ki, hazırda Niderlandın bir neçə logistika şirkəti Azərbaycanda fəal işləyir: "Amma biz əminik ki, bu sahəyə maraq daha da artacaq və yeni imkanlar açılacaq”.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra şimal marşrutu daha az istifadə olunur, dəniz marşrutu isə çox uzun və əlverişsizdir: "Bu səbəbdən Orta Dəhliz çox yaxşı alternativdir, lakin dəhlizin inkişafına ehtiyac var. Qərb ölkələri Azərbaycanın bu marşrutdakı əhəmiyyətini daha yaxşı başa düşür”.

Xatırladaq ki, Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.

Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
 
///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
16:06 04.07.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
16:04 04.07.2025
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
Gəlin, qucaqlaşaq!
15:58 04.07.2025
Gəlin, qucaqlaşaq!
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
15:58 04.07.2025
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi