Pakistan həmişə Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib.
AZXEBER.COM xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkəsinin Müstəqillik Gününün 78-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Diplomat xatırladıb ki, bu ilin mayında Pakistan Silahlı Qüvvələri Hindistanın hücumuna layiqli cavab verib:
"Hindistanın təxribatına qarşı Pakistanın qəti cavabından sonra gücümüzü hər kəs gördü və bu uğuru Azərbaycan, Pakistan və Türkiyə liderləri həm də Laçında qeyd etdilər. Prezident İlham Əliyevin uzaqgörən siyasəti Qarabağı azad etdi. Ümidvarıq ki, bir gün Pakistan da Hindistanın işğalı altında olan əraziləri azad edəcək”.