Səfir qızına görə yardım istədi: Təhsil haqqını ödəyə bilmir

Səfir qızına görə yardım istədi: Təhsil haqqını ödəyə bilmir
DÜNYA
23:02 14.08.2022
682
Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko sosial şəbəkə istifadəçilərinə qızının London Universitet Kollecində təhsili üçün vəsait toplamaq xahişi ilə müraciət edib.

AZXEBER.COM bu barədə "Report”a istinadən xəbər verir.

Onun sözlərinə görə, qızı ailəsi ilə bir neçə ay Kanberrada keçirib və indi London Universitet Kollecində təhsil almaq üçün Londona gedir.

"Dostlar, lütfən, bizə qoşulun və onun Londondakı ilk ili üçün vəsait toplamaqda kömək edin”.

Diplomatın qızına təhsilinin ilk ili üçün 30 min funt sterlinq (36 400 dollar - Red) lazımdır. Bu günə qədər bu məbləğin 3 000 funt sterlinqi toplanıb.
OXŞAR XƏBƏRLƏR