Səfirdən qalmaqallı diplomatla bağlı - AÇIQLAMA

Səfirdən qalmaqallı diplomatla bağlı - AÇIQLAMA
SİYASƏT
15:23 09.09.2015
1297

Ötən şənbə günü Xarici İşlər Nazirliyinin (XİN) ölkəmizin Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənovun işdən kənarlaşdırılması barədə yaydığı müəmmalarla dolu bəyanat gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır.Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidovun məsələylə bağlı açıqlamasını təqdim edirik:

Səfirliyin keçmiş əməkdaşı Anar Həsənov peşəkarlıqdan və etik davranış qaydalarındantamamilə kənar və məsuliyyətsiz bir əməkdaş olub. Fəaliyyəti dövründə kobud xidməti nöqsanlara yol verib və diplomatik xidmətə tam yararsız olduğunu sübut edib. Onunla nə qədər izahedici iş aparılsa da heç bir faydası olmayıb. Vəzifəsinin artırılması xülyasında olan bu şəxsin hər hansı fərqləndirici peşəkar xüsusiyyətlərinin olmadığını nəzərə alaraq, buna etiraz etmişəm.

A.Həsənovun xidmət dövründə yol verdiyi ciddi qüsurlarını və məsuliyyətsiz davranışını nəzərə alaraq, mənim tərəfimdən onun uzunmüddətli ezamiyyətdən geri çağırılması barəsində XİN-nin rəhbərliyi qarşısında məsələ qaldırılmışdır. Bu əsasda onun işdən azad edilməsi haqqında qərar qəbul edilib.Təsadüfi deyildir ki, A. Həsənov 7 illik diplomatik xidməti dövründə sadəcə ən aşağı pillədən bircə addım yuxarı, 3-cü katib vəzifəsinə çatmışdır. Halbu ki, 37 yaşlı diplomatlar hazırda nazirlikdə şöbə müdiri, idarə rəisi, xaricdə səfir kimi digər məsul vəzifələrdə çalışmaqdadırlar. Onun xidməti vəzifəsində irəli addım ata bilməməsi şəxsi, professional bacarıq və dünya görüşünün son dərəcə aşağı olduğunun təzahürüdür. Özünün diplomatik xidmətə uyğun gəlmədiyini dərk edən A. Həsənov son əlac kimi şər- böhtanlara əl ataraq diplomatik uğursuzluğunun səbəblərini ört-basdır etməyə çalışır. Sizə qəribə gəlmir ki, Avstraliyadan əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyindən də uzunmüddətli ezamiyyədən 11 ay sonra o, eyni səbəblərdən geri göndərilmişdir. Bu yaş həddinə çatmış A. Həsənovun diplomatik xidmətdə irəliləyə bilməməsi XİN-də kadrların seçiminə diqqətlə yanaşıldığını göstərir. İndi təəssüf edirəm ki, belə bir şəxsə Səfirlikdə özünü doğrultmaq imkanı verdik.

Əminliklə deyə bilərik ki, xidməti fəaliyyətində qüsurlara yol verən şəxslərin XİN sistemindən azad edilməsi davam etdiriləcəkdir.

A. Həsənov iddia edir ki, ona qarşı təzyiqlər göstərilir və cəza tədbirləri həyata keçirilir. Xarici ölkədən geri çağırılmaq cəza tədbiridirmi? O, yalan və iftiralarına görə hələ ki, nə istintaqa cəlb edilib, nə məhkəmə orqanlarına izahat verib, nə də ki, həbs altındadır. Ümumiyyətlə Azərbaycan dövlətçiliyinin tarixini şübhə altında qoyan bir şəxsin müstəqil Azərbaycanın mühüm dövlət strukturlarına qara yaxmağa çalışması təəccüb doğurmur.

Tam əminliklə bildiririəm ki, onun tərəfindən KİV-ə ötürülən məlumatlar yalan və böhtan xarakterlidir. Vəzifədən azad edildiyinə görə küskün vəziyyətdə olan A. Həsənov böhtan və təxribatçı fəaliyyətlə nəyəsə nail olmağa çalışır. Ölkəmizdə KİV-in azadlığı tam şəkildə təmin olunub və hər kəsin ifadə azadlığı hüququ vardır. Amma bu yalan və böhtana əsaslanmamalıdır.

Bundan əvvəl AR-in Koreyada səfiri işləmişəm. Səfirliklər büdcə təşkilatları olduqları üçün ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsi XİN-in Maliyyə-Valyuta İdarəsi və Maliyyə nazirliyinin nəzarəti altında həyata keçirilir. Ciddi hesabatlılıq rejimi tətbiq olunur və mütəmadi əsasda maliyyə təftişi aparılır. Hətta xüsusi hallarda Hesablama palatası tərəfindən də yoxlamalar həyata keçirilir.

Maliyyə hesabatı məsələlərinə ciddi yanaşmanın göstəricisidir ki, səfirlikdə bütün maliyyə hesablaşmaları bank vasitəsilə aparılır və 69110 Avstraliya dolları (53300 ABŞ dolları) məbləğində olan sərf olunmamış vəsait səfirlik tərəfindən geri qaytarılmışdır. Onu da qeyd edim ki, mən şəxsən səfirlikdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin keçirilməsi barədə XİN-ə müraciət etmişəm.

Təəssüflər olsun ki, bəzi KİV-lər və bloqlar tərəfindən xarici işlər nazirliyi və diplomatik nümayəndəliklərə qarşı əsassız neqativ kampaniya aparılır.

Görünür ki, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət ölkə xaricində olduğu kimi ölkə daxilində də bəzi insanları narahat edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı