Səfirlik Azərbaycan vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə çağırdı

Səfirlik Azərbaycan vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə çağırdı
SİYASƏT
00:17 03.11.2022
444
Azərbaycanın Kiyevdəki səfirliyi həmvətənlərimizə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi məlumat yayıb.

"Təxliyə dalğası zamanı Ukraynada qalmağa, yaxud təxliyə olunduqdan sonra geri qayıtmağa üstünlük vermiş vətəndaşlarımızdan olduqları yer üzrə hava həyəcanı xəbərdarlığı zamanı diqqətli olmağı, sığınacaqda və ya nisbətən təhlükəsiz yerdə daldalanmağı, dövlət orqanlarının tələblərinə və tövsiyələrinə riayət etməyi, səyahət sənədlərini qaydaya salmağı, Ukraynaya gəlməyi planlaşdıran vətəndaşlarımızdan isə fövqəladə ciddi səbəb olmadığı halda səfəri daha münasib zamana təxirə salmağı təkrar xahiş edirik”,- deyə məlumatda bildirilib.

O da bildirilib ki, Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 saylı 18 oktyabr 2022-ci il tarixli Qərarı ilə əlaqədar səfirliyin konsulluq şöbəsinin iş qrafikində keçici dəyişiklik edilib: "Konsulluq qəbulu 6, 7, 8 noyabr 2022-ci il tarixlərində bağlı olacaq, 5 və 9 noyabr 2022-ci il tarixlərində qəbul aparılacaq. Qəbul saatları dəyişməz olaraq qalır. Təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda 0994089943 və 0735050000 telefon nömrələri ilə əlaqə saxlanmasını xahiş edirik.

Hava həyəcanı xəbərdarlığı zamanı müraciətçilərin təhlükəsizliyi üçün konsulluq qəbulunun dayandırılacağı barədə 11 oktyabr 2022-ci il tarixində verilmiş elanın bir sıra vətəndaşlarımız, o cümlədən bəzi KİV tərəfindən konsulluq xidmətinin və hətta səfirliyin ümumiyyətlə fəaliyyətini dayandırdığı kimi yanlış anlaşıldığını, bununla bağlı sualların hələ də daxil olduğunu nəzərə alaraq növbəti izahı diqqətə çatdırmaq istərdik.

Hava həyəcanı xəbərdarlığı yaşayış məntəqəsinin hava zərbələrinə məruz qala biləcəyi riski barədə verilən xəbərdarlıqdır və bu zaman sakinlərin öz təhlükəsizlikləri üçün sığınacaqlara getmələri tövsiyə olunur. Məlum olduğu kimi həyəcan müddətində müəssisələr və ictimai iaşə obyektləri ziyarətçilərin qəbulunu dayandırır və hava həyəcanı xəbərdarlığı bitdikdən sonra işini bərpa edir.

10 oktyabr 2022-ci il tarixindən paytaxt Kiyevin hava zərbələrinə daha intensiv məruz qaldığını nəzərə alaraq konsulluq qəbulunun Kiyevdə hava həyəcanı xəbərdarlığı verilən müddətə dayandırılması barədə məcbur qərar qəbul edilmişdir.

Hava həyəcanı olmayan müddətdə konsulluq qəbulu elan edilmiş qrafik üzrə işini davam etdirir (iş günləri saat 10:00-dan 13:00-dək müraciətlərin qəbulu, 15:00-dan 17:00-dək hazır sənədlərin verilməsi)".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
21:11 07.10.2026
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
21:06 07.10.2026
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
21:00 07.10.2026
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
20:53 07.10.2026
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
20:49 07.10.2026
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
20:44 07.10.2026
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
20:40 07.10.2026
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:32 07.10.2026
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
20:29 07.10.2026
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Bakıda kişi su pulu üstündə arvadını döydü
20:27 07.10.2026
Bakıda kişi su pulu üstündə arvadını döydü
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı