Səfirlik azərbaycanlının qətli ilə bağlı Rusiya dövlət qurumlarına müraciət etdi

Səfirlik azərbaycanlının qətli ilə bağlı Rusiya dövlət qurumlarına müraciət etdi
SİYASƏT
18:03 31.05.2021
661
Azərbaycan səfirliyi mayın 28-də Novosibirskdə azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin qətli ilə bağlı Rusiya dövlət orqanlarına müraciət edib.

Bu barədə" Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

"Səfirlik tərəfindən faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Rusiyanın aidiyyəti qurumlarına müraciət olunub”, - məlumatda qeyd olunub.

"Mayın 28-də Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilib. Allah rəhmət eləsin!", - səfirlikdən vurğulanıb.
OXŞAR XƏBƏRLƏR