“Səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İrana etibarımız yoxdur”

“Səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İrana etibarımız yoxdur”
SİYASƏT
22:47 29.01.2023
294
"Hər hansı ölkədə diplomatik fəaliyyəti dayandırmaq məsuliyyətli qərardır. Amma səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İran tərəfinə ümidimiz, etibarımız yoxdur. Biz bunu İran tərəfinin də diqqətinə çatdırmışıq”.

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Nə üçün bunu deyirik? Çünki dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var”, - X.Xələfov deyib.
OXŞAR XƏBƏRLƏR