""Segah"ın atası getdi" - Əməkdar artist

""Segah"ın atası getdi" - Əməkdar artist
MAQAZİN
10:11 01.08.2025
227
"Segah"ın atası getdi. Bülbül avazlı ustadımız bizi tərk etdi".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri bu gün dünyasını dəyişən xalq artisti Arif Babayev haqda onun tələbəsi, əməkdar artist Aybəniz Haşimova deyib.
  
Haşimova ustadına bu sözlərlə vida edib:

"Arif müəllim — sənətkarların ustadı, ürəklərin səsi idi. Bu gün qəlbimizdən bir parça qopdu. Ustad xanəndə, muğam sənətinin canlı məktəbi, yüzlərlə tələbənin müəllimi, minlərlə dinləyicinin qəlbində dərin iz qoyan Arif Babayev haqq dünyasına qovuşdu.

Səsi ilə bizə muğamın sirrini, öyrətdikləri ilə sənətə sədaqəti anlatdı. Ən çətin anlarımızda onun oxuduğu muğamlar könlümüzə şəfa, ruhumuza güc verirdi. Bu gün isə o səs əbədi olaraq susdu... Segahın atası getdi, bülbül avazlı ustadımız bizi tərk etdi... Arif müəllim, ruhun şad olsun. Yolun işıqlı, məkanın cənnət olsun, ustad. Biz səni heç zaman unutmayacağıq..."
 
Aysel
OXŞAR XƏBƏRLƏR