Şəhər ərazisindəki kurqanlara ekskursiya təşkil olundu - FOTOLAR

Şəhər ərazisindəki kurqanlara ekskursiya təşkil olundu - FOTOLAR
SOSİAL
14:20 23.08.2022
954
Şəhər ərazisindəki kurqanlara ekskursiya təşkil olunub

 
AZXEBER.COM xəbər verir ki, Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin təşkilatçılığı ilə "Yurdunu kəşf et və tanı!" araşdırma layihəsi çərçivəsində bir qrup fəal gəncin Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndi ərazisində arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş çoxtəbəqəli yaşayış yerinə ekskursiya təşkil edilib.
 
Ekskursiya zamanı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov gənclərə araşdırma və qazıntı işləri haqqında ətraflı məlumat verərək gəncləri maraqlandıran sualları cavablandırıb.   

 

 

 


OXŞAR XƏBƏRLƏR