Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşlarla onlayn qaydada növbəti qəbulu keçirildi - FOTOLAR

Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşlarla onlayn qaydada növbəti qəbulu keçirildi - FOTOLAR
SOSİAL
14:27 31.08.2020
1235
Avqustun 31-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun onlayn qaydada vətəndaşlarla növbəti qəbulu keçirilib. Şəhər İcra Hakimiyyətinə gələn vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb.
 
AZXEBER.COM xəbər verir ki, qəbula gələn vətəndaşlar növbəli şəkildə fikirlərini səsləndiriblər.

Ümumilikdə 20-dən çox vətəndaşın müxtəlif məzmunlu müraciətini dinləyən Şəhər İcra Hakimiyyətinin başçısı həlli vacib və mümkün olan problemlərin həll edilməsi üçün tapşırıq verib. Digərlərinin araşdırılacağı və aradan qaldırılması istiqamətində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciət ünvanlanacağı və tədbirlər görüləcəyini vətəndaşların nəzərinə çatdırıb.

Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR