Şəhər meri gözləri yaşararaq Van Damm kimi şpaqat açdı - VİDEO

DÜNYA
15:49 02.12.2013
1848

İsveçin Heqanes şəhər meri Peter Kovaç Jan-Klod Van Dammın iştirakı ilə çəkilən “Volvo” yük maşınları reklamını təqlid edib.

AZXEBER.COM TSN-ya istinadən xəbər verir ki, videoda şəhər rəisi paralel hərəkət edən iki maşının üzərində dayanıb və maşınlar arasında məsafə artdıqca şpaqata oturmağa çalışır.Təqlid videosunda orijinaldan fərqli olaraq “Volvo” yük maşınları deyil, “Volkswagen” markalı kiçik avtomobillər istifadə olunur. Bununla belə mer tam olaraq şpaqata otura bilməyib.Video qəhrəmanı özünə belə haqq qazandırıb: “Maşınların hərəkət etdiyi yol bir qədər geniş olsaydı, mən tam olaraq şpaqata oturardım”.Eyni zamanda mer gözlərinin yaşarmasını güclü küləyin əsməsi ilə izah edib.

OXŞAR XƏBƏRLƏR