Səhərə yaxın pəncərədən keçmiş sevgilisinin evinə girdi: bıçaqlayıb, zorladı

Səhərə yaxın pəncərədən keçmiş sevgilisinin evinə girdi: bıçaqlayıb, zorladı
DÜNYA
11:17 03.05.2017
3853

 

İstanbulda S. Ç. adlı qadın gecə saat 4 radələrində evində yatarkən pəncərədən girən keçmiş sevgilisi tərəfindən öncə zorlanıb, sonra isə bıçaqlanıb.

40 yaşlı S. Ç. sevgilisi M.S.A.-dan (43) ayrılmaq istəyib, ancaq sevgilisi buna qarşı çıxaraq qadını şiddət tətbiq etməklə təhdid edib. Bundan sonra S. Ç. prokurorluğa təhdid edildiyini söyləyərək şikayətçi olub. Müraciət etdiyi məhkəmə M.S.A.-ya "uzaq durmaq" qərarı verib.

Qərarda göstərilən müddət 31 martda başa çatıb. 11 aprel günü S. Ç. evində yatarkən saat 4 radələrində yanağına bir toxunuş hiss edib. Gözünü açdığında qarşısında pəncərədən evə girən keçmiş sevgilisi M.S.A.-nı görüb. Əlindəki bıçağı qadının boğazına söykəyən M.S.A. "Səs çıxarma, səni öldürərəm" , - deyib. S. Ç. canını qurtarmaq üçün hücum edib. Bu an M.S.A. S.Ç.-nı qasıq nahiyəsindən bıçaqlayıb, sonra təcavüz edib. S. Ç. mobil telefonuna əl ataraq polisə zəng vurmaq stəsə də M.S.A. buna imkan verməyib. Bu məqamda S. Ç. qapıya qaçıb. Qapını açıb qonşularından kömək istəyərkən kürəyindən bıçaqlanıb. Bir qonşusu qapını açıb və S.Ç. qonşusunun evinə girə bilib. M.S.A. "Səni də, həyatına girənləri də doğrayıb öldürərəm" , - deyərək qaçıb.

Polis hadisə yerinə gəlib. S. Ç. xəstəxanaya aparılaraq müalicə altına alınıb. Prokurorluq hadisə ilə əlaqədar istintaqa başlayıb. 

///Milli.Az 
OXŞAR XƏBƏRLƏR