Şəhərin mərkəzində yarımçıq qalan ömür: Hər gün yenilənən güllər…

Şəhərin mərkəzində yarımçıq qalan ömür: Hər gün yenilənən güllər…
SOSİAL
16:18 11.01.2026
735
Metronun "Sahil" stansiyasından "28 May" stansiyası istiqamətinə gedən yolun kənarında solmayan çiçəklər oradan keçənlərin diqqətini çəkib. 

Belə ki, onlar hər dəfə sözügedən ərazidən keçərkən hasarın üzərindəki güllərin təzə olduğunu görürlər.

Hadisə şahidlərinin qeyd etdiklərinə görə, keçən il həmin yerdə faciəli hadisə baş verib. Skuterlə gedən gənc qızı maşın vurub və o, hadisə yerində həyatını itirib.

Ağır qəzada qızını itirən ata, övladının xatirəsini yaşatmaq üçün hər gün onu itirdiyi yerə təzə qızılgüllər gətirir.


OXŞAR XƏBƏRLƏR