Qəbələdə Vətən müharibəsi qazisi vəfat edib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Aydınqışlaq kənd sakini, Vətən müharibəsi iştirakçısı Qasımov Nurlan Gündüz oğlu "Veqener qranulomatozu” (yuxarı tənəffüs yollarının, ağciyərlərin və böyrəklərin kiçik damarlarının zədələnməsi) xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, N.Qasımovun atası bir ay əvvəl müraciət edərək oğlunun səhhəti ilə bağlı yardım istəmişdi.