Səhhəti ağırlaşan sənətçi reanimasiyaya yerləşdirildi

Səhhəti ağırlaşan sənətçi reanimasiyaya yerləşdirildi
MAQAZİN
11:18 05.11.2025
180
Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Muazzez Abacı xəstəxanaya yerləşdirilmişdi. Ürək tutması keçirən sənətçiyə stent taxılmışdı.
 
AZXEBER.COM Türkiyə mətuatına istinadən xəbər verir ki, bu gün səhhəti pisləşən sənətçi reanimasiyaya yerləşdirilib.
 
Məşhur müğənninin meneceri onun hazırkı sağlamlıq vəziyyətini açıqlayıb:

"Muazzez Abacı ürək problemləri səbəbindən ötən həftə angioqrafiya əməliyyatı keçirib və stent qoyulub. Müalicəsi standart otaqda davam edirdi. Lakin bugünkü müayinə angioqrafiya zamanı vurulan kontrast mayenin böyrəklərində problemlərə səbəb olduğunu aşkar edib. Böyrəkləri düzgün fəaliyyət göstərə bilmədiyi üçün ağciyərlərində maye yığılıb və nəfəs almaqda çətinlik çəkib. O, müalicəsini reanimasiyada davam etdirir. Bu müddət ərzində dualarımız Muazzez Abacıyadır".
 
Aysel

OXŞAR XƏBƏRLƏR