Şəhid anaları Prezidenti ayaq üstə alqışladı - VİDEO

Şəhid anaları Prezidenti ayaq üstə alqışladı - VİDEO
SOSİAL
01:07 08.11.2023
654
Bakıda "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində Zəfər Günü tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, tanınmış şair Cəlal Qurbanovun təşkil etdiyi tədbirdə 800-ə yaxın şəhid anası iştirak edib. 

Tədbirdə səhnəyə çıxan Birinci Qarabağ Müharibəsi şəhidi Cavanşir Rəhimovun anası Leyla Rəhimova övladının və Birinci Qarabağ savaşının şəhidlərinin qisasını alan Vətən Müharibəsi şəhidlərinin analarına təşəkkür edərək, onların əllərindən öpdüyünü bildirib.

O daha sonra təklif edib ki, şəhid anaları bizə qələbə bəxş edən Ali Baş Komandan İlham Əliyevi ayaq üstdə alqışlasınlar. Şəhid anaları və tədbir iştirakçıları Prezidenti ayaq üstdə alqışlayıblar. 

Həmin görüntüləri təqdim edirik:
 
OXŞAR XƏBƏRLƏR