Şəhid anası məzun oldu - FOTO

Şəhid anası məzun oldu - FOTO
SOSİAL
01:16 24.07.2024
163
Vətən müharibəsi şəhidi Nurağa Tağıyevin anası Yeganə Tağıyeva eksternat qaydada imtahan verərək Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdən tam orta təhsil haqqında attestat alaraq məzun olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Attestat şəhid anasına Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən evində təqdim olunub.

Yeganə Tağıyeva qəbul imtahanlarına hazırlaşaraq orta ixtisas təhsili almaq fikrində olduğunu bildirib.

 

 

 

OXŞAR XƏBƏRLƏR