Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi
SOSİAL
12:27 17.08.2023
317
44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası Nayibə Orucova vəfat edib.

Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

E.İslamoğlu paylaşımında: "Şəhid valideynlərinə yenidən ciddi psixoloji dəstək lazımdır. Övlad dərdinə dözə bilmirlər”, - sözlərini də qeyd edib.
OXŞAR XƏBƏRLƏR