Şəhid anasını oğlunun sağ olmasına inandırıb 4 min manatını alan şəxslərə hökm oxundu

KRİMİNAL
12:03 08.02.2024
711
Şəhid anasına və digər şəxslərə qarşı dələduzluqda ittiham edilən Nuranə Orucova və Sabrina Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı Samir Məmmədov təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiklərini nəzərə alaraq cinayət məsuliyyətindən azad olnmalarını istəyib.

Daha sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Nuranə Orucova barəsində polis nəzarətində olma qətimkan tədbiri ləğv olunub, cinayət işinə xitam verilib. Məhkəmə ona 2000 manat məbləğində cərimə tətbiq edib, cərimənin 6 ay ərzində ödənməli olması haqda qərar çıxarılıb.

Sabrina Süleymanova barəsində olan cinayət işinə də xitam verilib.

Qeyd edək ki, ötən prosesdə təqsirləndirilənlərin zərərçəkmişlərə vurulan zərəri tam ödədikləri açıqlanıb və bu barədə qəbz məhkəməyə təqdim edilib. Dəymiş ziyan tam ödənildiyi üçün zərərçəkmişlər təqsirləndirilənlərdən şikayətçi olmadıqlarını deyiblər və barışıq ərizəsi məhkəməyə təqdim edilib.
Xatırladaq ki, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, Xaçmaz rayon sakini Nuranə Orucova həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vədlər verib. Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. Onlar vətəndaşlara qarşı ümumilikdə 20 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinirlər.
N.Orucova və Sabrina Süleymanova şəhid anası Zabilə Musayevaya qarşı da dələduzluqda ittiham olunurlar. N.Orucova Vətən müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək onu inandırıb ki, oğlu sağdır və əsirlikdədir. N.Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə Z.Musayevadan 4000 manat pul alıb.

Təqsirləndirilən şəxslər istintaq müddətində vətəndaşlara vurduqları ziyanın 12 min manatını ödəyiblər.

Əliheydər Hüseynli Vətən Müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı həlak olub. Şəhid "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir