Şəhid atasının yanında şəkil çəkdirən jurnalistdən - AÇIQLAMA

Şəhid atasının yanında şəkil çəkdirən jurnalistdən - AÇIQLAMA
SOSİAL
14:31 13.07.2020
14444
"2 gündür ki, cəbhə bölgəsindəyik. Gecələr yatmırıq, o şəklə görə hamı məni qınayır. Əslində, o şəklin çəkilmə səbəbi bayraq sevgisidir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında jurnalist Rəşad Borcəli deyib.
 
O Tovuzda şəhid atası müsahibə verərkən bayrağa sarılıb, şəkil çəkdirib və buna görə kəskin tənqid olunub. 
 
Jurnalist bildirib ki, fotonu səhifəsindən kimsə götürüb və yanlış başlıqla yayıb: "Yaxın bir insan bu şəkli götürüb və "jurnalist ağladı" başlığı ilə yayıb. Əslində isə burada mən bayraq sevgimi göstərmək istəmişdim". 
 
Bu gün sosial şəbəkələrdə yayımlanan görüntülər səs-küyə səbəb olub.
 

OXŞAR XƏBƏRLƏR