Ağlasınmı? Ağlaya bilməz, çünki insan belə ölməz, onun dünyasında insan qocalar, nənə olar, baba olar, üzündə qırışlar olar, xəstələnər şikayət edər halından ve bir sonunda mələklər onu aparar. Uşaqlar insan öləndə görməz, tabut görməz. Onun üçün "yox olan" bir nənə, bir baba qalar yaddaşlarda. Torpağa insan basdırılmaz. Torpaqda ağac olar, gül olar. Torpağa ata, ana basdırılmaz uşaqların aləmində. “Torpağa əl vurma çirklənər, əlin mikrob keçər” deyər böyüklər. Torpağa insan uzanmaz. Hələ hələ ata, ana heç uzanmaz. Bu balacalar bu qanunların necə dağıldığını görür bu yaşda. Kimi itirdiklərini anlasalar bəlkə də yeri göyü titrədər fəryadları. Anlasalar bəlkə də torpaq olmaq istərlər ayrılmasınlar deyə atalarından. Bir də səssizlik var. Ata səssizliyi atanın sükuta qərq olması. Necə körpə atasını yatağından ayıldıb?! “Bəs, niyə ayılmır” sualı var hələ dərk olunmamış həqiqətdə. Ağlayan var, ağlamayan var, qulaq qoparan fəryad var. Bunları anlamalıdır ki, həqiqəti qəbul etsin. Bir də yeni sözlər gəlir lüğətinə: şəhid. Yeni ad, ləqəb qoyulur sənə: şəhid balası. “Dünən atamın qızı idim, bu gün şəhid qızıyam” anlayışı var. Bir də bu sözlərin açmalı şəhid balası. Hə. Böyüdükcə bir də bu sözlərin ağır məsuliyyəti var bir ömür səni izləyən. Bir de biz variq. Cəmiyyət! Bütün problərin səbəbləri "bizik". Biz! Bizim onalara olan münasibətimiz! O bizlər ki şəhid olmanın, şəhid balası olmanın nə demək olduğunu ona göstərən. Çox deyiləcək “şəhidlik zirvədi”, “şəhid balası olmaq qürurdur”. Biz onlara münasibətimizi pafosla göstərsək nə anlarlar? Şəhidliyin pafos olduğunumu? Şəhid balası olmanin sadəcə ad olduğunumu? Biz onların bu zirvədəki önəmini, başqa uşaqlardan yaxşı mənada seçildiyini hər halıyla göstərməliyik. Bunu istər dövlət, istər cəmiyyət bacarsa, o zaman şəhid balası acı yox, qürur duyar. Çünki, nə olursa olsun istər qüruru, istər utanclığı, istər sevgini, istər acini her bir şəxs cəmiyyətin ona münasibətindən asılıdır. Bütün bunlari nəzərə alıb davranaq. Böyüyəndən sonra onların “şəhid balası” adına olan münasibətine baxib anlayacayıq ki, müharibə bizlə nə edir...